Sandığı açmağın tam zamanıdır
 

Sandığı açmağın tam zamanıdır 
 

 

Mətbuatın verdiyi xəbərə görə, AMEA prezidenti Ramiz Mehdiyev akademiyanın düşdüyü acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevin ciddi məsuliyyət daşıdığını bildirib. 

Siyasi elmlər doktoru Fətəli Abdullayev 2013-cü ildən 2020-ci ilin yanvarın 17-dək AMEA İşlər İdarəsinin  müdiri vəzifəsində işləyib... 

Xatırladaq ki, AMEA Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi üçün 29 may 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 (iki) milyon manat ayrılması haqqında Prezident tərəfindən Sərəncam imzalanıb.  

Ümid edək ki, əsasən, 2013-2014-cü illərdə Dilçilik İnstitutunda baha sənədləşdirilən ucuz musiqi mərkəzlərinin, nəverim kompüterlərin,  və s. alınması, saxta kitabların nəşri və bütün bunların vasitəsilə pulların silinməsi proseduru haqqında sabiq İşlər müdiri məlumatsız deyil. Qoy dövlətçiliyə xidmət naminə sandığı açsın və həqiqətləri ortaya qoysun.

Problemləri qaldırdığı üçün AMEA prezidentinə təşəkkürlər...

 

Paralel.az

0.046128988265991