“Ekvita" şirkəti kimindir?

“Ekvita
 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu "rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqi ilə əlaqədar, məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderin qalibi kimi "Ekvita Consulting" MMC şirkətini seçib. 

Qalib şirkətə 30 min manat ödəniləcək. Bundan əvvəl də başqa bir tenderlə əlaqəli eyni şirkətə DSMF tərəfindən 52,5 min manat, ƏƏSMN tərkibindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən isə 920 min manat ödənilmişdi. 

Şirkətin direktoru İlqar Mehti adlı şəxsdir. O həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimovla yeznə-qayındır. 

Rüşvətxorluqla mübarizə aparmaq üçün məsləhət alırlar, amma korrupsiyaya yol verərək.

 

Paralel.az

0.07710599899292