Peyvənddən sonra yoluxma?
Paralel.az xəbər verir ki, xarici media Pfizer-BioNTech peyvəndinin ikinci dozasını qəbul edəndən sonra 90 gün ərzində COVID-19-a yoluxma riskinin artdığını yazıb: “Pfizer-BioNTech peyvənddən sonra ilk həftələrdə virusa qarşı əla qoruma təmin edir. Lakin zaman keçdikcə bəzi peyvənd edilmiş insanlarda yaranan immun müdafiə azalır.
Genişmiqyaslı peyvənd kampaniyaları COVID-19-un bütün dünyada qarşısını almağa kömək edir. Tədqiqatçılar bununla belə,vaksinin ikinci dozasından keçən müddətdən asılı olaraq infeksiya riskinin artdığını aşkar ediblər”.
Nigar