Özlərini qanmazlığa vurublar...

Özlərini qanmazlığa vurublar...
 

İdris Abbasov yazır: 

AMEA-nın Nəsimi adına Dilçilik  İnstitutunda dövlət vəsaitini dağıtdıqları, xüsusən, 2 milyon və yüz minlərlə qrantları (mən hələ əxlaqa zidd kiçik alverləri, alıb-aldatmaları, sövdələşmələri demirəm) göyə sovurduqları üçün türməlik olan alimi-biəməllərin, elmin başına daş salıb "elmi-əxlaqi" məsləhət verən nadürüstlərin at oynatması başqa bir faciədir.
Belə xainlər özlərini qanmazlığa vurub iclaslarda, söhbətlərdə əsasını qoyduqları anti-dövlət ənənələri var gücləri ilə adiləşdirir və gənclərə də norma kimi qəbul etdirməyə çalışırlar. 
Onlar qanunu inkar edirlər, çünki bu cür mövcudluqları qanundan kənardır.  
Elə bilirsiniz, yağış yağdı, çatlaqlar örtüldü, ey virankeşlər?!  Günəşin bir daha doğmayacağını və isladıb gizlətdiklərinizi qurudub faş etməyəcəyinimi sanırsınız?

O zaman siçovul kimi girməyə yer axtaracaqsınız. Elmin, həqiqətlərin,  dövlət büdcəsinin başına açdığınız oyunlar, təcrübəsiz gəncləri yanlış yönləndirdiyiniz qədər başınıza oyun açılacaq! Sizinkindən fərqli olaraq bu pyun çox ədalətli olacaq. Mən yaşasam da, ölsəm də, ilahi təqdirin mütləqliyinə varlığım qədər inanıram!

Paralel.az

0.048928022384644