Süleyman Hüseynov yazır...
Mənim sualım həkimlərə, o cümlədən Sumqayıtdan Milli Məclisin deputatı Müşfiq Məmmədliyə, hüquqşünaslara və jurnalistlərədir. Bu arayış mənə TƏBİB-in nəzdindəki poliklnika tərəfindən verilib ki, xəstəliyimlə əlaqədar vaksina qəbul etmək məsləhət deyil. İndi istəyirəm immunitet sertifakatı alım, 2 aydır deyirlər get təzədən analiz ver(halbuki analizləri bu il vermişəm), xəstəxanalardan çıxarışlar gətir, sonra təzədən komissiyadan keç, sonra sertifakat verərik. Deyirlər səhiyyə nazirliyi icazə vermir. Guya məndə əks təsir göstəricisi yoxdur. Mən üzr istəyirəm, bədənimin bir hissəni göstərirəm, deyirəm 2 ildən çoxdur sağalmır. Pensiyamın 50 faizi məbləğində hər ay dərman alıram. Yenə deyirlər səndə əks təsir yoxdur.
Qeyd edim ki,73 yaşım var və eyni zamanda insult xəstəsiyəm.
Sizcə, bu nə dərəcədə düzgündür?! Kim zəmanət verə bilər ki,vaksinadan sonra səhhətim daha da ağırlaşmayacaq?!Buna kim məsuliyyət daşıyacaq?!
Paralel.az