Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 

 

Ermənistan baş naziri Paşinyan deyir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü 1991-ci ildə rəsmən tanıyıb. 

 Əslində bu fikirlər əbəs yerə deyilmir. Ermənistan hökumət başçısı, öz xalqını yekun sülh sazişinə hazırlayır.Məhz buna görə də, öncədən xalqı atacağı addımların nədən qaynaqlandığını və əsas ciddi kritik məsələlərdə atacağı addımları məcbur qaldığından dolayı, özündən öncəki hakimiyyətin səhvi kimi göstərməklə,həm də ölkənin daxilində olan siyasi rəqiblərinə zərbə vurur.

Bu o deməkdir ki, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesi nəticəsində işlərin yenidən görülməsi mühümdür və beynəlxalq hüquq normalarına əsaslanan məsələdir. Ermənistan tərəfinin hazırda iddia etdiyi əraziləri biz o vaxt (yəni o vaxtkı hakimiyyət, 1991-ildə Ermənistanın siyasi hakimiyyəti nəzərdə tutur) Azərbaycan ərazisi kimi tanımaqla bu ərazilərə qarşı iddialarımızı əsassız vəziyyətə düşürmüşük.

Zəngəzur dəhlizi layihəsi haqqında isə, erməni baş nazir, biz bu layihənin reallaşdırılması üçün razılıq verməmişik deyib. Əslində isə erməni baş nazir yalan danışır. Çünki, 10 noyabr razılaşmasının 9-cu bəndində bu məsələ öz həllini tapıb. Qarşıda isə mühüm danışıqlar üçün sürətli işlər aparılır. Əyər,keçiriləcək danışıqlarda razılıq əldə olunmasa, Azərbaycan  10 noyabr sazişınin pozulması nəticəsində yenidən müharibə etmək hüququ qazanır və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmək üçün, işğalda qalan digər əraziləri də(Laçın dəhlizi də daxil) azad etmək üçün, öz hərbi gücündən istifadə etmək məcburiyyətində qalacaq.

 

Paralel.az

0.065940856933594