Çingiz Şahbazi: “Rusiya bu görüşə mane olmaq üçün əlindən gələni edir”
Dekabrın 15-də Brüsseldə, Azərbaycan və Ermənistan hökumət başçılarının görüşü keçiriləcək.Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq görüşün təşkilatçısı və təşəbbüskarı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir.
Hər iki ölkə Azərbaycan və Ermənistan, Brüsselin proseslərdə iştirak etməsini qəbul edib.Bu həm də Rusiyanın təzyiqlərinə alternativ cavab sayıla bilər.Çünki, Əliyev və Paşinyan 44 günlük müharibədən sonra, ilk dəfə olacaq ki, Rusiyasız bir masa arxasında oturacaqlar.
Sözsüz ki, Rusiya bu görüşə mane olmaq üçün əlindən gələni edir.Nəhayət Brüssel görüşündən öncə, Rusiya özü belə bir üçtərəfli görüşü təşkil edəcəyini bəyan edib.Bu görüşdə Rusiya çalışacaq ki, bütün məsələləri razılaşdırsın və Brüssel görüşünün mahiyyətini heçə endirsin.
Əyər Rusiya, Azərbaycan və Ermənistan arasında sərhədlərin razılaşdırılmasında və kommunikasiyaların açılmasında müsbət rol oynaya bilsə, başqa təşəbbüsü olanlara artıq bu məsələdə yer qalmır.
Paralel.az