Azər Maqsudov: “Zəhərlənmə ilə bağlı 4-5 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib”

 

Azər Maqsudov: “Zəhərlənmə ilə bağlı 4-5 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib” 
 

 

Paralel.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu il göbələkdən zəhərlənmə ilə bağlı iki ölüm halı qeydə alınıb. 

“Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir. İnsanlara məsləhət görürəm ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan göbələyin zəhərsiz növü olsa da istifadə müddətinə mütləq baxılmalıdır. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, göbələyi qida məhsulu kimi istifadə etməsin”.

 

Doktor daha sonra qeyd edib ki, göbələklə zəhərlənmə zamanı mədə-bağırsaqda ağrı, köp, ürəkbulanma, qusma, hərarətin qalxması və ishal halları müşahidə olunur. Belə hal hiss edən kimi həkim infeksionistə müraciət etmək lazımdır.

“Bu, yoluxucu xəstəlik hesab olunur. Mütləq həkim müşahidəsi lazımdır, həkim nəzarəti ilə təyinat olur, evdə müdaxilə etmək olmaz. Mövsüm yeni başlayıb, ötən illə müqayisədə göbələklə zəhərlənmə halında artım yoxdur. Ötən il 20-yə qədər müraciət olmuşdu. Demək olar, hər il təxminən 15-20 müraciət olur”.

 

Şahnaz, Paralel.az

0.027456998825073