Fransada uşaqlar arasında COVID-19-a yoluxanların sayı kəskin artıb

Fransada uşaqlar arasında COVID-19-a yoluxanların sayı kəskin artıb
 

Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, Fransada 6-10 yaşlı uşaqlar arasında koronavirusa yoluxma hallarının sayı kəskin artıb - BFM TV ölkənin Sante publique sanitar agentliyinə istinadən xəbər verir ki, bir həftə ərzində artım 148%-ə çatıb.

Hazırda 6-10 yaşlı uşaqlar arasında xəstələnmə nisbəti hər 100 min əhaliyə görə 340 nəfərə çatıb.

Noyabrın əvvəlindəki bayramlardan sonra bu rəqəm 80 olub.

Bu məlumatlar COVID-19-un uşaqlar arasında çox aktiv şəkildə yayılmasını göstərir, halbuki ölkədə orta xəstələnmə nisbəti hər 100 min sakinə 191 nəfərdir.

Orta məktəb şagirdləri arasında da koronavirusa yoluxma hallarının orta səviyyədən yüksək olduğu qeyd edilir: 11-14 yaşlı uşaqlar arasında hər 100 min uşaqdan 208 nəfəri xəstədir.
Akif Nəsirli

Daha əvvəl Fransa Nazirlər Kabinetinin nümayəndəsi Qabriel Attal bildirib ki, Fransada koronavirus epidemiyasının beşinci dalğası sürətlə başlayır.

0.040313959121704