Azərbaycan hakimiyyətinin Qarabağ siyasətində yol verdiyi səhvlərin nəticələri
I YAZI
1) STRATEJİ SƏHVLƏR BUNLARDIR:
- Azərbaycanın cəsur ordusu və çiləkeş xalqı tam hərbi, mənəvi üstünlük qazandığı bir dönəmdə (Şuşa böyük qəhrəmanlıqla işğaldan azad edilmiş, düşmənin hərbi, mənəvi çöküşü və qaçışı başlamışdı) savaşı dayandırdı, nəticədə, Qarabağı erməni quldurlarından təmizləmək imkanı itirildi, gələcək nəsillərə ciddi sıxıntılar yaradıldı, Azərbaycan bütün Qarabağı işğaldan qurtarmaq üçün ağır bədəllər ödəməlidir;
- qələbənin zirvə nöqtəsində işğalçı rus ordusunun Qarabağa gəlməsinə izin verildi, nəticədə, RusiyanınQarabağ vasitəsi ilə Azərbaycana nəzarət imkanı gücləndi, Azərbaycan Ermənistanla deyil, Rusiya ilə üz-üzə qaldı, Qarabağ məsələsi Rusiyanın monopoliyasına keçdi, Azərbaycanın Xankəndinə təsir imkanı sıradan çıxdı;
- Laçın koridoruna nəzarət təmin olunmadı, nəticədə, Rusiya və Ermənistanın Azərbaycanın iç işlərinə qarışmaq, Qarabağ ermənilərini gücləndirmək, Qarabağı terror yuvasına çevirmək, bölgəni dövlətləşdirmək imkanları artdı;
- savaş dönəmindən sonra Türkiyənin Qarabağ probleminin həllində iştirakı zəiflədildi, türk ordusu Azərbaycana gətirilmədi, nəticədə, Azərbaycan təkləndi;
- Qarabağdakı erməni quldur dəstələri bu bölgədən çıxarılmadı, nəticədə, savaş təhlükəsi varlığını qoruyub saxladı, təxribat və təcavüz imkanları çoxaldı, Rusiyavə Ermənistana istədikləri vaxt Azərbaycana təzyiq etmək imkanları verildi;
- Azərbaycan hakimiyyəti Xankəndində Azərbaycanın suverenliyini bərpa etməyi birinci milli məsələ statusundan çıxartdı, nəticədə, Xankəndi uğrunda mübarizə planı hazırlanmadı, milli güc səfərbər edilmədi;
- Azərbaycan cəmiyyətinin güclənməsi üçün siyasi, iqtisadi, hüquqi islahatlar gerçəkləşdirilmədi, ədalətə bağlı milli birliyin təmin olunması üçün heç bir addım atılmadı;
- hakimiyyət xalqı və gerçək siyasi qüvvələri Qarabağ probleminin həllindən uzaq tutdu;
- Azərbaycanın müttəfiqlərinin artırılması üçün ciddi diplomatik fəaliyyət göstərilmədi;
- hakimiyyətin Qarabağın statusunu gündəmdən çıxarmağa gücü çatmadı, nəticədə, Azərbaycan bu məsələdə Ermənistan, Rusiya, Fransa, ABŞ ilə üz-üzə qaldı;
- hakimiyyət Ermənistanın savaş cinayətlərinə görə təzminat ödəməyə məcbur edilməsi üçün ciddi addımlar atmağı bacarmadı;
- birmənalı olaraq Qarabağa status tələb edən ATƏT-in Minsk qrupunun fəaliyyətinə yenidən izin verildi, nəticədə, bu məsələdə Ermənistanın imkanları artdı; hakimiyyət Rusiyanın Azərbaycandan istifadə edərək Paşinyan hakimiyyətini sıxışdırmasına izin verdi, nəticədə, Ermənistandakı Rusiyaya bağlı qüvvələr gücləndi, Paşinyanın Azərbaycan və Türkiyə ilə birbaşa münasibət qurmaq imkanları zəiflədi; Ermənistanla birbaşa danışıqlar üçün ciddi addımlar atılmadı, nəticədə, bölgədə marağı olan dövlətlərin proseslərə təsir və müdaxilə imkanları çoxaldı, Rusiyanın özünü xilaskar kimi təqdim etmək imkanları artdı;hakimiyyətin nəzarətində olan kütləvi informasiya vasitələrindən doğruları öyrənmək imkansızdır, elə buna görə də Azərbaycan xalqı həqiqəti xarici qaynaqlardan öyrənməyə məhkum olmuşdur;
Paralel.az