Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi rəsmi qeydiyyata alındı

 

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi rəsmi qeydiyyata alındı 
 

 

Paralel.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun təsisçisi olduğu araşdırma mərkəzi dövlət qeydiyyatına alınıb. 

Ekspertin bildirdiyinə görə, dünən onun üçün əmanətdar gün olub.  

Belə ki, təsisçisi və rəhbəri olduğu Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi rəsmi olaraq dövlət qeydiyyatına alınıb. Kamran müəllim bildirib ki, yaxın günlərdə böyük təqdimatı olacaq. 

“Ölkəmizdə təhsil sferasında analoqu olmayan fəaliyyət ilə təhsilin inkişafına dəstək verəcəyik”.

 

Şahnaz Saleh, Paralel.az

0.015460014343262