Akademik Musiqili Teatrda yeni tamaşa – “ Psix”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, SSRİ Xalq artisti Q.Qarayevin “Don Kixot” simfonik qravürü və dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında “Psix” (səhnələşdirəni Ər-Toğrul Kamalov) tamaşasının məşqlərinə başlanılıb.
Paralel.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Ər-Toğrul Kamalov, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Əsərin ilk stolarxası oxunuş məşqində iştirak edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bədii rəhbəri olduğu bu tamaşa haqqında fikirlərini yaradıcı heyətlə bölüşüb.
Rejissor Ər-Toğrul Kamalov teatrda yaradıcı mühitin inkişafına hər zaman həssaslıqla yanaşan teatr rəhbərliyinə təşəkkürünü bildirib və bu tamaşa haqqında bəzi məqamlara aydınlıq gətirib.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandıracaq. Teatrın gənc və istedadlı aktyorları – Nicat Əli (Sanço Pansa), Gültac Əlili (Dulsineya), Zaur Əliyev (Xidmətçi) də bu tamaşada maraqlı rolların ifaçıları olacaqlar.
Şahnaz Salehqızı