Abşeron rayonunda qanunsuzluqlar davam edir
Abşeron rayonunda qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı reyd keçirilib Paralel.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseyinzadə küç., ev 1, döngə 5 ünvanında fəaliyyət göstərən, Məmmədov Aydın Ərşad oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib. Baxış zamanı məntəqədə antisanitar şəraitdə qanunsuz heyvan kəsimi və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Şahnaz Salehqızı