Asya Sultanova haqq dünyasına qovuşdu
Paralel.az xəbər verir ki, noyabrın 22-də ömrünün 99-cu ilində görkəmli Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.
Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda geoloq və ingilis dili müəllimi ailəsində anadan olmuşdur. 1937-ci ildə atası həbs olunmuşdur, lakin üç ildən sonra azad edilərək o, SSRİ-nin fəxri neftçisi olmuşdur. 1942-1944-cü illərdə Azərbaycan Konservatoriyasının nəzəri-bəstəkarlıq fakültəsində, daha sonra Moskva Konservatoriyasında təhsil almışdır. Həmin vaxtdan Moskvadan daimi olaraq yaşayıb çalışmışdır.
A.Sultanova musiqiçi və aktyor Vladimir Şanskiyinin ilk həyat yoldaşı olmuşdur.
1963-cü ildə Sultanova dünya şöhrətli bəstəkar və müğənni Müslüm Maqomayevlə tanış olmuşdur. Birlikdə onlar çoxlu kompozisiyalar yaratmışdırlar. 1967-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
A. Nəsirli