Tədris hansı dildə olmalıdır?
Bu hadisə dünən axşam Bakının mərkəzində bir ailədə baş verib…
Bir dostum danışdı mənə bu gün telefonda.
Dostum dünən qohumugilə gedir. Qohumu işi-gücü olan oxumuş adamdır, yaxşı ailəsi, iki də məktəbli uşağı var. Axşam çay süfrəsində təbii ki, Rus Sülhməramlılarının Xankəndinə girişini müzakirə edirlər həyəcanla. Ev sahibi hisslərinə hakim olmur bir ara, əsəbi halda bir-iki ağır söz deyir.
Birdən yan otaqdan 8-9 yaşlı məktəbli uşaqlar – bacı ilə qardaş ağlaya-ağlaya qonaq otağına gəlir, hıçqıraraq atalarına «Папа, ты почему ругаешь их, они хорошие» deyirlər.
Vəssalam…
Oxuduğunuz bu hadisə düz bir il əvvəl – 14 noyabr 2020-də baş verib. Sentyabrdan bəri tədrislə bağlı düşüncələrim və onun ətrafındakı müzakirələrə tam da uyğun gəldiyi üçün eyni başlıq altında bu gün paylaşmaq istədim…”
İbrahim Nəbioğlu (Keçmiş diplomat)
Paralel.az