Turan gəlir...

Turan gəlir...
 

 

Aç qoynunu, Azərbaycan, at belində Turan gəlir,

Düşmənlərin ürəyinin lap başından vuran gəlir,

Yüz illərdi yolumuzda tələ quran, quyu qazan 

Namərdlərin, zalimlərin  qoşa qolun buran gəlir.

Gəlir gözəl məramlarla, saf niyyətlə, xoş diləklə, 

Anadolu vadisində göyə qalxan xoş ətirli gül-çiçəklə,

Bir əlində  sülh bayrağı, o birində  - polad düsər, 

Ürəyində böyük sevgi, qollarında böyük hünər.

Dodaqları cadarlanmış boz səhraya can verəcək,

Somalidə qansız ölən körpələrə qan verəcək,

Son qoyacaq ivanların, vazgenlərin  hiyləsinə, 

Yeni ovqat gətirəcək sülhsevərlər məhləsinə.. 

Ay-ulduzdan sipər çəkib haqsızlığın  qabağına,

Dolduracaq bal neməti kasıbların tabağına. 

Qardaşlığa çağıracaq parçalanmış bu bəşəri,

Məhv edəcək Yer üzündə silah əkən qara Şəri. 

 

Aç qoynunu, Azərbaycan, at belində Turan gəlir,

Düşmənlərin ürəyinin lap başından vuran gəlir.

 

Ərşad  Əzimzadə, Paralel.az

0.016632080078125