İranda azyaşlıların evlənməsi 32% artıb

İranda azyaşlıların evlənməsi 32% artıb
 

Paralel.az-ın İRNA agentliyindən əldə etdiyi məlumata görə, İranın Statistika Mərkəzinin açıqlamasında bildirilir ki,  İranda 10-14 yaşlı qızların evləndirilməsi halları 32% artıb.

İran Statistika Mərkəzinin məlumatına görə, İranda bu ilin yaz aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 10-14 yaşlı qızların ərə verilməsində 32%-lik artım müşahidə olurub.

Belə ki, bu müddət ərzində 10-14 yaşlarında 9 min 753 nəfər zorla evləndirilib.

Bu rəqəm 10-14 yaşlı qızların ərə verilməsi ilə bağlı ötən 2 ildə İranda qeydə alınan ən böyük statistikadır.

İranın Statistika Mərkəzinin məlumatına görə, 2021-ci ilin yazında 15-19 yaşlarında 45 min 522 qız da evləndirilib ki, bu da son 2 ildə qeyd edilən yaşlarda nikah rekordunun qırıldığını göstərir.
A.Nəsirli

0.045881032943726