"Vətəni qorumaq borcum idi, şərəfim idi"-VİDEO

 

Aleksandr Kornev 44 günlük Vətən müharibəsində iştirak edən rusəsilli azərbaycanlılardandır. Vətənin çağırışına səs verən bir çox fərqli milli mənsubiyyətə malik Azərbaycan oğulları kimi o da tarixi ədalət uğrunda mübarizəyə biganə qala bilməyib.

“Vətən anadır, əsl ana. Mən burada böyüyüb, burada yaşamışam. Vətəni qorumaq borcum idi, şərəfim idi”, - deyə o bildirib.

Aleksandr bir müddət Rusiyada işləyib. Babasının ölümü ilə əlaqədar dəfndə iştirak etmək üçün Azərbaycana qayıdıb və qaynar hadisələrin düz mərkəzinə düşüb.

Daha ətraflı videomaterialda:

Paralel.az

0.020694971084595