İspan qripi...
 

İspan qripi... 
 

Paralel.az xəbər verir ki, 1918-ci ilin oktyabr ayında İstanbulda İspan qripinin artması ilə bütün məktəblər və digər başqa yerlər bağlanır. Ancaq epidemiya zəifləyincə noyabr ayında bu yasaq ləğv edilir. Ancaq bu müddət ərzində qripə yoluxanlarla məktəbdən qalan uşaqların sayı sürəkli artır. Bu səbəblə daha qəti tədbirlər görülür, bütün məktəblər dərhal müddətsiz bağlanır.

Maarif Nezaretinin “mühim və təcili” qeydilə göndərdiyi yazıda dekabr ayında qripdən ölənlərin sayı həftədə 400 nəfərə çıxdığı bildirilir.

Qatı tədbirlərə uymayan və lazımi tədbirlər almayan məktəblər məsuliyyətə cəlb olunur – “Çünki ciddi tədbirlər görülməsə gələcək təmiri mümkün olmayan ictimai zərərlər meydana gələcəkdir” deyə vəziyyətin ağırlığına diqqət çəkilir…

Şahnaz Salehqızı

0.018449068069458