Hərbçinin qızı müəmmalı şəkildə öldü

Hərbçinin qızı müəmmalı şəkildə öldü
 



Rəfiqəsi ilə partiyə getmək üçün evdən çıxan gənc model Kristi Gils xəstəxananın qarşısında ölü tapılıb.
Paralel.az xəbər verir ki, bədənində bircə çapıq belə olmayan gənc qızın ölümü ölkədə geniş əks-səda doğurub.

Polislər Gilesin necə və kim tərəfindən öldürüldüyünü araşdırır. Ailəsi qızlarının cinsi təcavüzə məruz qaldığından şübhələnir. Bu şübhənin doğruluğu ehtimalı yaxın günlərdə açıqlanacaq.
Hadisə belə baş verib: Ailəsi ilə birlikdə ABŞ-ın Los-Anceles ştatında yaşayan model Kristi Gils noyabrın 13-də rəfiqəsi ilə partiyə getmək üçün evdən çıxıb. Lakin sonradan gənc qız və rəfiqəsi yoxa çıxıblar. Gilesin cəsədi xəstəxanadan kənarda tapılıb. Təhlükəsizlik kamerasının görüntülərini araşdıran polis, qızın cəsədinin 3 maskalı şəxs tərəfindən xəstəxananın önünə atıldığını müəyyən edib. Lakin müayinə zamanı qızın cəsədində heç bir zoakılıq izi aşkar edilməyib.
Hadisədən sonra gənc qızın anası da açıqlama verib. Anası Dusti Giles qızının atasının hərbçi olduğunu bildirib. Ana Dusti qızının dərman ilə yatdırıldıqdan sonra təcavüzə məruz qalması ehtimalını düşündüyünü söyləyib.

Gənc qızla birlikdə yoxa çıxan dostu Hildanın da qanında narkotik aşkarlandığını bildirən Dusti, qızının hansı səbəbdən öldürüldüyünün hələ məlum olmadığını bildirib. Səlahiyyətlilər yaxın günlərdə gənc qızın necə öldüyü ilə bağlı araşdırmanın nəticələrini açıqlayacaq.

Paralel.az

0.044584989547729