«Tapsiqarqin» - koronvirusdan effektiv müalicə
Paralel.az xəbər verir ki, Britaniyalı alimlər «Tapsiqarqin» perparatının koronavirusun mövcud olan hər üç- alfa, betta və delta ştamlarına qarşı eyni dərəcədə effektiv olduğunu deyirlər. Bu araşdırmaların nəticələri «Virulence» jurnalında dərc olunub. Alimlər qeyd edirlər ki,«Tapsiqarqin»dən virusəleyhinə genişspektrlı dərman vasitəsi kimi əvvəllər də istifadə olunub.
Britaniyalı mütəxəssislər hesab edirlər ki,«Tapsiqarqin»in virusa qarşı belə effektli olmasının səbəbi, məhz virusa qarşı deyil, virusu yarada biləcək hüceyrənin özünü məhv etməsidir. Bu həm də, müalicədən sonra yarana biləcək yeni mutasiyaların qarşısını alır. Perparatın ilkin araşdırmaları zamanı məlum olub ki, o hazırda mövcud olan hər üç ştamma qarşı 95 faiz effektivdir və eyni zamanda hər üç ştammı məhv edir. Alimlər hazırda həmin perparatın profilaktik müalicə üçün istifadənin mümkünlüyü üzərində araşdırma aparırlar. Mütəxəssislər hesab edirlər ki, əczaçılar bu dərmanın istehsalına başlayacaqları halda, onun qiyməti adi antibiotiklərdən çox olmayacaq.
Yusif