Saleh Rüstəmova azadlıq istədilər

Saleh Rüstəmova azadlıq istədilər
 



Bir qrup QHT və media rəhbəri, hüquq müdafiəçisi hazırda həbsdə olan Gədəbəy rayon icra hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib.
Paralel.az xəbər verir ki, bu barədə məlumatı sözügedən müraciəti imzalayanlardan biri olan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlayıb.
Müraciətin mətnini təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə:

“Hörmətli cənab Prezident!
Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Rüstəmov Saleh Məhərrəm oğlunun səhhətində ciddi problemlər yaranıb. Hazırda cəza çəkdiyi müəssisədə 10 gündən artıqdır ki, davamlı aclıq aksiyası keçirməsi onun səhhətindəki problemləri daha da kəskinləşdirib. Proseslərin bu cür gedişi onun həyatının real təhlükə altında olduğunu və həyatını itirəcəyi ehtimalını artırır.
Hörmətli cənab Prezident!
Saleh Rüstəmov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə – Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində vaxtilə böyük rol oynamış, uğurlu Başkənd əməliyyatında igidliklə iştirak etmişdir. Eyni zamanda, o, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi proseslərinin fəal iştirakçılarındandır.
Bunlardan əlavə, hazırda onun övladı 20 ilə yaxındır ki, böyrək çatışmazlığından əziyyət çəkir və ailə hələ də aradan qaldırıla bilməyən bu problemlə məşğul olmaqdadır.
Hörmətli cənab Prezident!
İnsanların öz dövlətindən humanizm gözləntiləri həmişə böyük olub və Zəfər Günü münasibətilə Sizin təşəbbüsünüzlə verilən Amnistiya aktı da bu gözləntilərin bariz nümunələrindəndir.
Bütün bunlara görə Sizə böyük inam və ehtiramla müraciətlə xahiş edirik ki, Rüstəmov Saleh Məhərrəm oğlunun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı öz səlahiyyətləriniz daxilində müvafiq göstəriş verəsiniz.
Belə bir addım həm də, yaşadığımız hazırkı Zəfər günlərində Sizin ictimai fikirdə yüksək minnətdarlıqla qarşılanan tədbirləriniz içərisində xeyirxah nümunələrdən biri olardı.
Hörmətlə,
1. Novella Cəfəroğlu
Hüquq Müdafiə Təşkilatının Monitorinq Qrupunun üzvü
2. Səidə Qocamanlı
Hüquq Müdafiə Təşkilatının Monitorinq Qrupunun üzvü
3. Səadət Bənənyarlı
Hüquq Müdafiə Təşkilatının Monitorinq Qrupunun üzvü
4. Çingiz Qənizadə
Hüquq Müdafiə Təşkilatının Monitorinq Qrupunun üzvü
5. Əliməmməd Nuriyev
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru
6. Hafiz Həsənov
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri
7. Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
8. Əvəz Həsənov
“Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri
9. Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri
10. Eldar Zeynalov
Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru
11. Bahəddin Həziyev
“Bizim yol” qəzetinin Baş redaktoru
12. Mehriban Zeynalova
“Təmiz Dünya” İctimai Birliyinin sədri
13. Qulu Məhərrəmli
BDU, Professor
14. Arif Əliyev
“Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri
15. Elşad Eyvazlı
Modern.az” xəbər portalının təsisçisi və baş direktoru
16. Xanoğlan Əhmədov
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri
17. Mehman Əliyev
“Turan” İnformasiya Agentliyinin direktoru
18. Qorxmaz İbrahimli
“Biosfer” İctimai Birliyinin rəhbəri
19. Mirvari Qəhrəmanlı
“Neftçilərin hüquqlarını müdafiə Komitəsi” İctimai Birliyinin rəhbəri
20. Sabit Bağırov
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri
21. Mirəli Hüseynov
“Demokratiyanı öyrənmə” İctimai Birliyinin rəhbəri

Paralel.az

0.052722930908203