Ağdaşda intihar hadisəsi olub
Vətən müharibəsi iştirakçısı özünü asaraq öldürüb.
Paralel.az xəbər verir ki, hadisə Ağdaş rayonunun Ləki qəsəbəsində baş verib. Belə ki, 24 yaşlı rayon sakini İskəndərov Ülvi İrşad oğlu hələki naməlum səbəbdən özünü asaraq öldürüb. O, yaşadıqları həyətdə olan tövlədə canına qəsd edib. Valideynləri sağlamlığında problemləri olmayan Ülvinin belə bir addım atmasının səbəbini izah edə bilmirlər.
Ü.İskəndərov 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
Faktla bağlı araşdırma aparılır.
Paralel.az