Göyçayda ağır yol qəzası olub

Göyçayda ağır yol qəzası olub
 

Əməkdaşımızın verdiyi məlumata görə, Göyçayda toy karvanında qəza baş verib. Hadisə şənbə günü, noyabrın 20-si, axşam saatlarında Göyçay-Ucar avtomobil yolunda, Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində baş verib.
Paralel.az xəbər verir ki, iki minik və bir yük avtomobilinin toqquşması nəticəsində sürücü Göyçay rayonu Yeniarx kənd sakini, 27 yaşlı Bəhruz Qarayev hadisə yerində həlak olub.
Digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət alıblar. Yerli sakinlərin verdiyi məlumata görə, qəzada ölən sürücü toy karvanının iştirakçısı olub.
Hadisənin dəqiq səbəbləri hüquq mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq.

Şahnaz Salehqızı

0.018813848495483