Məşhur sənətçi reanimasiyaya yerləşdirilib

Məşhur sənətçi reanimasiyaya yerləşdirilib
 



Muğlanın Ortaca rayonunda qəfildən xəstələnən məşhur sənətçi Kadir İnanır Dənizlidəki Pamukkale Universiteti Xəstəxanasına aparılıb.
İnsult riskinin 80 faiz olduğu bildirilən İnanır burada reanimasiya şöbəsinə yerləşdirilib.
Paralel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçinin beyin damarında laxtalanma olduğu müəyyən edilib və həyatının təhlükədə olmadığı öyrənilib.

İnanırın vəziyyəti ilə bağlı Xəstəxanadan yazılı açıqlama verilib.
Bəyanatda aşağıdakılar yer alıb:

"Çox dəyərli sənətçimiz Kadir İnanırı Universitet Xəstəxanamızda qonaq edirik. Vəziyyəti yaxşıdır və müayinələri davam edir. Türk kinosunun dəyərli adamını bir müddət həkimlərimizin nəzarətində qonaq edəcəyik".
'Kadir İnanır oyanan kimi Afrin haqda soruşdu'
Sənətçi reanimasiyadan oyandıqdan sonra ilk olaraq “Afrində şəhid varmı?” deyə soruşub.


Şahnaz Salehqızı

0.013343095779419