Mərkəzi Kəşfiyyat İdarəsində qalmaqal
ABŞ prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı sənədli film çəkən rejissor Oliver Stoun bu siyasi qətlin MKİ tərəfindən ört-basdır edildiyi iddiasının doğru olduğunu bildirib.
Paralel.az xəbər verir ki, “Oskar” mükafatlı ABŞ rejissoru Oliver Stounun rejissoru olduğu “JFK Revisiting: Through Reflection” sənədli filmi noyabrın 12-də ölkəsində nümayiş etdirilib.
Stoun 1963-cü ildə ABŞ-ın keçmiş prezidenti Con Kennedinin (JFK) qətlindən bəhs edən sənədli filmlə bağlı təəccüblü açıqlamalar verib.
75 yaşlı rejissor 1991-ci ildə çəkdiyi “JFK” filmi ilə prezidentin qətlindəki şübhələrə diqqət çəkib. Daha sonra o, ABŞ rəsmilərini sui-qəsdlə bağlı 2029-cu ilə qədər məxfi qalmalı olan sənədləri mərhələli şəkildə yaymağa inandırıb. İndi isə yeni sənədli filmi ilə mövzunu gündəmə gətirən Stoun, MKİ-nin sui-qəsdlə bağlı həqiqəti gizlətdiyi iddiasının yalan deyil, fakt olduğunu bildirib.
Paralel.az