Moskva üçtərəfli görüşün keçiriləcəyinə əmindir
Paralel az Lenta.ru-ya istinadən xəbər verir ki, Moskva üçtərəfli görüş keçirmək üçün təşəbbüs göstərir.
Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli görüşün keçiriləcəyinə əminəm.
"Çünki görüşə ehtiyac var. Mən təsdiq edə bilərəm ki, məsləhətləşmələrin olması üçün görüşə hazırlaşanların hər biri bununla razılaşmalıdır", - nazir bildirib.
Akif Nəsirli