"Azəriqaz"ın əməkdaşı qətl hadisəsi törədib

 

Paralel.az xəbər verir ki, Mingəçevir şəhərindəki  "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib.

Məlumata görə Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.

Əlvan Qasımov yeniyetməyə bir neçə atəş açıb və  Orxan Kərimov xəstəxanaya aparılarkən yolda vəfat edib. 
Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.
Hadisəni görənlərin dediyinə görə, qətli törədən şəxs "Azəriqaz"ın əməkdaşıdır və o, polis tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Araşdırmalar davam edir. 

Şahnaz Salehqızı

 

 

0.14249920845032