Gənələrə qarşı peyvənd
Paralel.az xəbər verir ki, dünyada borrelioza, Layma xəstəliyi və gənələrin daşıdığı digər xəstəliklərə qarşı peyvənd yoxdur. Dünya alimləri isə qeyd edir ki, dünyanın bu peyvəndə böyük ehtiyacı var: “Yuxarıda sadalanan bütün xəstəliklər, eləcə də onlarla daha az tanınan xəstəliklər yalnız aşkar edildikdə müalicə edilməlidir. Üstəlik, onların bir çoxu insanlar üçün çox təhlükəlidir.
Gənə insan bədəninə fərq etmədən yapışa bilir. Onlar dişlədikdə insanlar adətən heç nə hiss etmirlər, lakin zədələnmə xəstəliyə gətirir.
Elm adamları gənənin tüpürcəklərində olan 19 zülalın istehsalını kodlayan mRNT vaksini yaradıblar. İmmunitet sistemi də peyvəndin köməyilə onları tanımağa və fəal hərəkət etməyə başlayır”.
Nigar