Qarşı tərəf cavab atəşi ilə susdurulub

Qarşı tərəf cavab atəşi ilə susdurulub
 

 

Müdafiyə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi növbəti dəfə atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Şahnaz Salehqızı , Paralel.az

0.01695990562439