"Bu təşəbbüsün reallaşması üçün dəstək göstərməyə hazırıq”
Paralel.az xəbər verir ki, Gürcüstanın “TV24” media holdinqinin icraçı direktoru, əməkdar jurnalist Badri Naçkebiya bildirib ki, iki ölkə arasında birgə media platforması mütləq təsis edilməlidir. Strateji müttəfiq və qardaş ölkələr arasında bu təsisatın yaradılması hətta bir qədər gecikib.
Badri Naçkebiya bildirib ki, bir neçə il bundan öncə platforma ilə bağlı eksperimentlər aparılıb. “Azərbaycan dilində bir neçə televiziya proqramı hazırlanaraq efirə verilib. Media sahəsində ortaq platforma birmənalı şəkildə lazımdır və nə qədər tez yaradılsa, bir o qədər yaxşıdır. Biz bu təşəbbüsün həyata keçirilməsinə hərtərəfli dəstək göstərməyə hazırıq”.
Azərbaycanla Türkiyə və Ukrayna arasında ortaq media platformaları fəaliyyət göstərir.
Şahnaz Salehqızı, Paralel.az