Azərbaycan, Ermənistan və Rusiya nə istəyir?

Azərbaycan, Ermənistan və Rusiya nə istəyir?
 

Paralel.az-ın məlumatına görə, bu barədə KONKRET.az-a açıqlamasında REAL-ın icra katibi Natiq Cəfərli fikir səsləndirib. O, Azərbaycan, Rusiya və Ermənistanın nə istədiyini qısa şəkildə belə izah edib:

Azərbaycan nə istəyir?

1) Kommunikasiyaların açılması,

2) Sərhədlərin dəqiqləşdirilməsi,

3) Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiya edilməsi üçün fəaliyyət planının təsdiqi.

Bəs Ermənistan nə istəyir?

1) Kommunikasiyalar açılsın, amma “Zəngəzur Dəhlizi” sözü rəsmi sənədlərdə təsbit edilməsin,

2) Sərhədlər dəqiqləşdirilsin, amma 26 illik işğalın yaratdığı reallıqlar da nəzərə alınsın,

3) Xankəndi və ətrafında yaşayan erməni icmasının statusu ayrıca danışıqlar mövzusu olsun, bu məsələ sülh sazişinə salınmasın.

Rusiya nə istəyir?

1) Kommunikasiyalar açılsın, öz hərbi bazalarının təminatını Azərbaycan üzərindən dəmir yolları vasitəsi ilə asan, ucuz və sürətli həyata keçirsinlər – Kreml üçün həmin yolun necə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur, əsas odur ki, tez açılsın,

2) Sərhədlərin dəqiqləşdirilməsində də Kreml maraqlıdır, amma sərhədləri çəkəcək qələmin Putinin əlində olmasını istəyir ki, hər iki ölkə onun bütün tələblərini yerinə yetirmək üçün yarışsın,

3) Xankəndi və ətrafında yaşayan erməni icmasını özünə bağlamaq, status məsələsini diri tutaraq Azərbaycanın başı üzərindən “Damokl qılıncını” əskik etməyərək rəsmi Bakını nəzarətdən kənar addımlardan çəkindirmək – bunun üçün isə Xankəndi məsələsini sülh müqaviləsinə salmadan ayrıca danışıqlar mövzusuna çevirmək istəyir.
Akif Nəsirli

0.017301082611084