Nikol Paşinyan : Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir

Nikol Paşinyan : Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir
 

Paralel.az “Aysor”a istinadən xəbər verir ki, Ermənstanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir.

Nikol Paşinyanın sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb:

“Bunların 3-də bizim üçün qəbulediləndir. Mənim noyabrın 17-də verdiyim bəyanatdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir”.

O, əlavə edib ki, Suren Papikyana Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə təklifin detallarını dəqiqləşdirməyi tapşırıb.
Şahnaz, Paralel.az

0.022228956222534