Dövlət sifarişi ilə təhsil alan tələbə sayı 110 min 834 nəfərə çatıb - VİDEO

Dövlət sifarişi ilə təhsil alan tələbə sayı 110 min 834 nəfərə çatıb - VİDEO
 

2022-ci ilin dövlət büdcəsində diqqət çəkən əsas məqamlardan biri də təhsilə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. Bu onu göstərir Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafını hər zaman diqqətdə saxlayır. 
Paralel.az xəbər verir ki, bunu İlahiyyat üzrə Fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. 

O, qeyd edib ki, növbəti tədris ili üçün dövlət sifarişi ilə təhsil alan tələbələrin sayında 2020-2021-ci tədris ili ilə müqayisədə 15 min 893 nəfər və ya 16,7 faiz artım nəzərdə tutulur. Bununla dövlət sifarişi ilə təhsil alan ümumi tələbə sayının 110 min 834 nəfərə çatdırılır.

Ceyhun Məmmədovun sözlərinə görə, dövlət hesabına təhsil alan tələbələrin sayının cari illə müqayisədə 2569 nəfər artırılması, təqaüd alan tələbələrin sayının isə 12 mindən yuxarı rəqəmə çatdırılması nəzərdə tutulur.

"Xüsusi təhsilə cəlb olunan şagirdlərin xərclərinin dövlət tərəfindən qarşılanması üçün 2 dəfə artıq vəsait ayrılması nəzərdə tutulur. Gənc mütəxəssislərin kənd yerlərində ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onlara kirayə və kommunal xərclərlə əlaqədar verilən kompensasiyaların məbləği isə 50 faiz artırılır".

Ətraflı videoda:  

https://youtu.be/WrgEdPR09ec

0.0366530418396