“Ermənistan ordusunun tör-töküntüləri növbəti dəfə ağır zərbə alacaq”

“Ermənistan ordusunun tör-töküntüləri növbəti dəfə ağır zərbə alacaq”
 

“Rusiya istəsə belə, sərhədləri məlum olmayan Ermənistanı Azərbaycandan müdafiə edə bilməz; Ona görə də, Kreml Paşinyan hakimiyyətini israrla sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa çağırır”.
Bunu siyasi şərhçi Elçin Xalidbəyli “Paralel.az”-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında bir gün davam edən növbəti müharibə yenə Rusiyanın vasitəçiliyi ilə yekunlaşdı. Kreml hər iki tərəfi atəşkəsə razı salmağa nail oldu. Və indi hərbi əməliyyatların bərpa edilib-edilməyəcəyi daha çox rəsmi İrəvanın bu savaşdan sonra necə davranacağından asılıdır.
"Məsələ ondadır ki, bu savaşdan öncə Paşinyan hakimiyyəti müxtəlif hərbi-siyasi avantüralar ilə vəziyyəti maksimum həddə qədər gərginləşdirməyə cəhd göstərirdi. Belə ki, bir tərəfdən rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisinə Ermənistanın müdafiə naziri göndərildi və dərhal da həmin bölgədə erməni terrorçu terror aktı törətdi. Digər tərəfdən isə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun döyüş mövqelərinə müxtəlif silahlardan atəş açırdı. Və Azərbaycan nə qədər təmkinli davranmağa çalışsa da, rəsmi İrəvanın bu hərbi-siyasi təxribatları cavabsız qala bilməzdi.
Nəticəsi də artıq məlumdur. Azərbaycanın “dəmir yumruğu” növbəti Ermənistana reallıqları xatırlatdı. Ötən il 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntüləri növbəti dəfə ağır zərbə alaraq, biabırçı məğlubiyyətə uğradı. Və bu, rəsmi İrəvanın geopolitik mövqelərini daha da zəiflətmiş oldu.

Maraqlıdır ki, hazırda son baş verənlərə görə Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətini günahlandıranların sayı artmağa başlayıb. Hətta rəsmi İrəvan etiraf etmək istəməsə də, bəzi erməni ictimai xadimlər Paşinyan hakimiyyətini hərbi-siyasi təxribatlar törətməkdə də ittiham edirlər. Erməni yazıçı-publisist Levon Drnoyan hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif təxribatlarla Azərbaycanı silahlı münaqişəyə çəkib”.
Siyasi şərhçi bildirib ki, hazırda son baş verənlərə görə Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətini günahlandıranların sayı artmağa başlayıb. Hətta rəsmi İrəvan etiraf etmək istəməsə də, bəzi erməni ictimai xadimlər Paşinyan hakimiyyətini hərbi-siyasi təxribatlar törətməkdə də ittiham edirlər.
Erməni yazıçı-publisist Levon Drnoyan hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif təxribatlarla Azərbaycanı silahlı münaqişəyə çəkib”.

Şahnaz Salehqızı, Paralel.az 

0.019089937210083