Yarımçıq papaqçılıq...

Yarımçıq papaqçılıq...
 

Onun adı ?

 Ali təhsil almaq bütün zamanlarda prestijli sayılıb. Əslində, təhsilli olmaq elə prestijdir, ta ki, məzun olandan sonra mümkün imkanı dərhal olmasa da, yarana bilsin. Ali təhsil ocaqlarının məzunları hələ təhsil illərindən belə, harda tapmaq barədə baş sındırmasın, stress keçirməsin, bu istiqamətdə sadəcə, özünü yormasın ...

Bunun köklü səbəbləri var, əslində. Çünki ölkəmizdə ali təhsilli mütəxəssislərin sayı işləyənlərlə tərs-mütənasibdir. Bu, xoşagələn, arzuolunan hal olmasa da, acı reallıqdır.

Sadə, adi bir hesablama aparsaq, ali təhsil ocaqlarına qəbul olunanların, elə həmin il məzun adı alanların sayının yerləriylə uyğunsuzluğu, heç bir halda üst-üstə düşmədiyi aydın olar. Fəqət, məqsədimiz quru statistik rəqəmlərdən bəhs etmək, yaxud, dəmir faktı sadəcə olaraq diqqətə çatdırmaq deyil. Məqsəd təhsilli şəxslərin sonrakı mərhələdə işlə təminatı məsələsidir ki, bunun üçün ciddi-cəhdlə düşünmək mümkün həll yolu tapmaq lazımdır.

Bu məqamda, orta peşə pilləsi yada düşür ki, onu da nədənsə, bütövlükdə hamı prestijli təhsil növü hesab etmir. Lakin əhalinin hamısının birmənalı şəkildə ali təhsil almaq kimi bir öhdəliyi, məcburiyyəti olmadığı üçün, təhsilin bu növü yad hesab edilməməli, ona ögey münasibət göstərilməməlidir.

Orta peşə təhsilinə münasibət dəyişsə, işlə bağlı uzun illərin problemini hardasa, həll etmək olar. Gərəkdir ki, mütləq mütləq ali təhsil diplomuna yönəlik prestijli görüntü sevdasını məhv edərək necə deyərlər, bir işin qulpundan yapışasan.

Bunu etmək mümkün olsa, istəyərək bəzən istəmədən ali təhsil pilləsini bitirən məzunların heç yerdə tapmamaq problemi qismən həll olunar. İstəmədən sözünü ona görə işlədirəm ki, çox zaman ali təhsil arzusunda olmayanların valideyn arzusu təpkisiylə bu istiqaməti seçməsi təcrübəsi mövcuddur. Könüllü sevərək ali təhsil yolunu seçənlərin hələ işlə bağlı problemi varsa, məcburi şəkildə bunu edənlərin durumunu təsəvvür etmək heç çətin deyil.

Deməli, sadaladığım toxunmadığım məqamlara diqqət etsək, ali təhsillə bağlı sonradan yaranan çətinlikləri nəzərə alaraq, ən uyğun düzgün yolu seçmək vacibdir. Yəni məcburiyyətdən, istəmədən, kimlərinsə diktəsiylə ali təhsil almaqdansa, peşə yönümlü bir ixtisasa sahib olmaq yetər. Yetər ki, buna istək realist düşüncə olsun.

... qədər ki, həyat var, onun tələbinə uyğun da peşələr, sənətlər mövcuddur. Ali təhsilə illərlə vaxt, dözüm, əsəb, maddi vəsait s. sərf edərək, sonunda da işsiz-gücsüz qalmağın fonunda, istənilən çoxsaylı sənətlərin sənətkarı olmaq daha düzgün seçim, uyğun variant deyilmi?!

Bir ki, prestij təkcə quruca bir sənəddə, adda deyil, bunu açıq-aşkar qəbul etməsə , əslində, hamı bilir. O zaman, görüntüyə aldanmaq gərək deyil. Bu aldanışın kiməsə doğru yol göstərdiyini görən olmayıb, zatən.

Bir sözlə, istədiyi sahənin dəyərli mütəxəssisi kimi ali təhsil almaq istəyənlərin , öz arzusuyla kamil bir sənətkar olmaq istəyənlərin yoluna daş atılmamalıdır .

Çünki o daşlardan qurulan sədd sonradan onun özünün , cəmiyyətin həlledilməyən probleminə çevrilir.

Nigar Orucova

0.016094923019409