Azərbaycan Milli Bankı 24 sığorta agenti ilə bağlı qərar verib

Azərbaycan Milli Bankı 24 sığorta agenti ilə bağlı qərar verib
 

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib, 19 fizki şəxsə və 2 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini isə bərpa edib.

Bu barədə Paralel.az -a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, lisenziyaların ləğvi barədə qərar avqustun 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında qəbul edilib.

Lisenziyaların qüvvəsinin bərpası barədə qərar isə sentyabrın 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, sığorta agentlərinin nöqsanları aradan qaldırması nəzərə alınaraq qəbul olunub.

 

0.01542592048645