Vətən sevgili saf sulu şəhid Samir bulağı

Vətən sevgili saf sulu şəhid Samir bulağı
 

30 il yağı tapdağına məruz qalan cənnət-məkan Qarabağ torpaqlarının azadlığı uğrunda rəşadətli Azərbaycan Ordusu şanlı döyüş yolu keçdi. Cəsur Vətən oğulları canını qurban verməklə 44 günün içində xalqımıza zəfər sevinci yaşatdılar. Lerik rayonunun Vov kənd sakini Samir Əlizadə oğlu Hüseynov həmin qəhrəmanların cərgəsində idi. Müharibə başlanan gündən Lerikin igid oğlu döyüşlər zamanı yüksək qəhrəmanlıq göstərərək düşmənin başına od tökür. Döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlir. Lerikin digər şahidləri kimi Samirin da xatirəsi bir an belə unudulmur, daim əziz tutulur. O, ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" "Vətən uğrunda" medalları ilə təltif edilib.

Rayonun Daster kəndinin yaraşıqlı guşəsində qəhrəman Vətən oğlunun adına bulaq tikilib. Bu xeyirxah təşəbbüsün səbəbkarı Elçin Babayev bulağın açılışında çıxış edərək bildirdi: «Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günə Vətən müharibəsində qazandığı möhtəşəm qələbə qəhrəman oğulların şücaəti şəhidlərin qanı bahasına əldə olundu. Şəhidlərin əziz xatirəsi heç vaxt ürəklərdən silinməz. Xalqını, torpağını canından çox istəyən vətənpərvər övladlar yetirən bütün valideynlər yalnız sonsuz sevgiyə layiqdirlər. Samirlə mənim həqiqi hərbi xidmətim bir yerdə keçib. O vaxtdan onun Vətənə, torpağa bağlılığı bütün əsgər yoldaşlarına nümunə göstərilirdi. Samir 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ savaşına Xüsusi Təyinatlı Kəşfiyyatçı kimi qatılır, Zəngilan, Füzuli, Qubadlı, Xocavənd, Cəbrayıl Şuşa istiqamətlərində gedən şiddətli döyüşlərdə yüksək igidlik rəşadətlə döyüşür. Şuşada atəşkəsə 13-14 saat qalmış erməni faşistlərinə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv edir. Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn Samir Vətən uğrunda canından keçməklə qəhrəmancasına şəhid olur.

Samir noyabrın 15- ömrünün 27-ci ilinə qədəm qoydu. Həyat yolu qısa olsa da, olduqca dəyərli mənalıdır. El-oba indi Samirlə fəxr edir, onunla qürur duyur.

Şəhidin atası Əlizadə oğlunun mübarizə meydanında göstərdiyi şücaətdən qürurla danışdı: «Dedi ki, Samir elə öz Vətəni, torpağı üçün dünyaya gəlmişdi. Odun-alovun içində 43 gün yağılara qarşı son damla qanına qədər döyüşdü. Şuşada şəhid oldu. Mən fəxr edirəm ki, oğlum Vətəndən ötrü canından keçib. Bütün Azərbaycan indi Samiri özünə oğul bilir. Övladımın əziz xatirəsi ilə bağlı görülən işlərə, ailəyə göstərilən diqqət qayğıya görə ölkə Prezidentinə, eləcə bu bulada əməyi olan hamıya minnətdaram».

Digər natiqlər çıxışlarında 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq həlak olan şəhidlərə sonsuz hörmət ehtiramlarını ifadə etdilər. Tədbirin sonunda isə məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şerlər dalğa-dalğa ətrafa yayıldı.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

0.01603102684021