"Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Daş qəlbli "akademləri" neylərdin, ilahi?!"
İdris müəllim yazır: "Akademşəbəkənin namuslu əməyə nifrət edən,təkcə Dilçilik İnstitutnda bir dəfəyə 2 milyonun başına daş salan, saxta tərcümə kitablarına pullar silən, həmin puldan yal qismində yalgüdən alimnümalara verib özünü təriflədən və haqqı söydürən dələduz həmsədrlərinin mühakiməsi qaçılmazdır.
Hətta iş o yerə gəlib çatıb ki, plagiarizmin baş konstruktorlarından biri Möhsün Nağısoylu ömründə cəmi bir dəfə yazdığı komentdə (ağasının diktəsi ilə) onu akademik edib ağ günə çıxarmış, 5 ilin içində bütün dünyanı gəzdirmiş Akademiyanın Rəyasət Heyətindəki həmkarlarını saxtakarlıqda ittiham edib.
Bu məntiqlə Nağısoylu düz yola gəlməli, akademik tituluna görə hər ay aldığı əlavə 2000 manatdan imkansız ailələrin xeyrinə imtina etməlidir. Çox yaxşı presedent ola bilər. Onsuz da digər maaşları ona bəs edir. Təkcə müşavirlik maaşı müftə-müsəlləh 1200 manatdır. Hələ pensiyanı və başqa iş yerlərini demirəm. Halbuki nə qədər əlil, qazi, kimsəsiz o maaşların toplam doqquzda birinə möhtacdır. Haydı, Möhsün müəllim! Heç olmasa, ömrün sonuna yaxın "Hayyə alə xayril aməl!" (حي على خير العمل ) deyib hərəkətə keçin! Uğur olsun!
P.S. Sabirə bənzətmə olmasın:
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Daş qəlbli "akademləri" neylərdin, ilahi?!"
Paralel.az