"Qara-qura" yollarla para qazananlar...

 

İdris Abbasov yazır: 
Viran edilmiş elmin dəhlizlərində özünə "akademik" deyən ahıl və zalım bir gəda kabusu dolaşmaqdadır. Ləyaqət alverinə girişərək özünə babat dəstə yaradıb və kimlərisə diz çökdürüb vəzifə yiyəsi edib.

Qara-qura yollarla xeyli pula, maddi imkanlara və səlahiyyətə bələnmiş bu hərşeyşünas alimi-gəda iddi edib ki, bir əsərin üstündə iki müəllifin adı varsa, deməli, əsəri biri yazıb, digərinin də adını üstünə yazıb.
Başqalarının əməyini mənimsəyib öz adına yazdıran, başı büdcədən pul qoparmağa qarışan bu kəmtər akad-gədanın düşüncəsi elə bura qədərdir. Elə bilir ki, o və onun şəbəkə yaratdığı dostları kimi hamı saxtakardır və hamı dövlətin ayırdığı milıyonları cibinə yığır, hamı kitab yazdırıb öz adını qoydurur və hamı onun kimi "alim" cildinə girmiş dələduzdur...
PS. Bir də ki minlərlə faydasız kitablar kimə gərəkdir?!

0.025877952575684