Bakıda ağac aşdı - iki avtomobil əzildi

Bakıda ağac aşdı - iki avtomobil əzildi
 

Paralel.az xəbər verir ki, Bakı şəhəri və Abşeron yarımadasında bu gün, 16 noyabrda, gecə saatlarından başlayaraq küləkli və yağışlı hava müşahidə olunur.

Şəhərin bəzi rayonlarında, o cümlədən, Nizami, Sabunçu, Xətai rayonlarında səhər saatlarında dolu yağıb.

Qeyri-sabit hava şəraiti nəticəsində Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində ağac aşaraq iki avtomobil üzərinə düşüb. Hər iki avtomobilə ciddi madi ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar olaraq əhalidən diqqətli olmalarını, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini və güclü küləyin yaratdığı təhlükələrdən qorunmaq üçün qəti zərurət olmadıqca küçəyə çıxmamalarını məsləhət görür.
A. Nəsirli

0.010558128356934