Azərbaycanlılar altı erməni hərbçisini əsir götürüb?

Azərbaycanlılar altı erməni hərbçisini əsir götürüb?
 

Paralel.az Hraparak.am-a istinadən xəbər verir ki, azərbaycanlılar noyabrın 16-da 6 erməni hərbçisini əsir götürüblər.

Məlumatı qəzetin Moskva vilayətindəki mənbələri təsdiqləsə də, rəsmi təsdiq əldə etmək mümkün olmayıb.
Ermənistanın Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib. Nəşr yazır ki, Azərbaycan Müdafiə Nazirliyi 6 məhbusla bağlı məlumat yayıb.

“Haykakan Jamanak” qəzetinin məlumatına görə, Tsitsernakar dağında iki erməni postu uğrunda döyüşlər gedir. Atışma azərbaycanlıların Ermənistan ərazisində yerləşən postları tərk etməyi tələb etməsi və erməni döyüşçülərinin bundan imtina etməsi ilə başlayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 6 məhbusla bağlı heç bir məlumat yaymayıb, amma döyüşlərin getdiyini təsdiqləyib.
Akif Nəsirli

0.044532775878906