İstilik mövsümü başlandı

İstilik mövsümü başlandı
 

Paralel.az xəbər verir ki, payız-qış mövsümü ilə əlaqədar noyabrın 15-dən Bakıda, o cümlədən paytaxtın təhsil müəssisələrində, istilik mövsümünə start verilib.

Bununla əlaqədar, Təhsil Nazirliyinin məktəblərinin yanında istilik təminatında yarana biləcək problemlərin nəzərdən keçirilməsi və həlli üçün operativ məlumat qrupu yaradılıb. Bu haqda qurumunun mətbuat xidməti bu gün məlumat verib.

Məlumatda qeyd olunur ki, bu qrup ilə əlaqə saxlamaq üçün nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-5 Çağrı Mərkəzləri və ya qurumun rəsmi “Whatsapp” xidmətinə (051 206 78 48) yazmaq lazımdır.

Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.
Akif Nəsirli

0.017094135284424