Türkiyə və Azərbaycan XİN başçılarının İrana səfəri başlayır
Türkiyə və Azərbaycan İranı düz yola çəkmək istəyir
Qonşu İranın bütün vasitələrlə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası irəli sürən Ermənistanı himayə etməsi heç kimə sirr deyil.
Azərbaycan müharibədə Ermənistan üzərində qələbə çalıb işğalda olan torpaqlarının 75 faizini azad etdikdən sonra İran Azərbaycana qarşı açıq təhdidə keçdi və cavabını aldı.
İranı islam dövləti olsa da, xristian ölkələri - Ermənistan, Rusiya, Fransa ilə birlikdə Türkiyənin Azərbaycanla yaxınlaşmasını, ölkəmizlə ittifaqa girməsini və müdafiə etməsini qəbul etmir.
Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına ciddi müqavimət göstərən və bu dəhlizin açılmasını özü üçün böyük təhlükə sayan dövlətlərin önündə İran dayanır.
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri C. Bayramov və M. Çavuşoğlunun eyni vaxtda İrana səfər etməsini hər iki ölkə ictimaiyyəti İranın Azərbaycan-Türkiyə ittifaqından qorxmasını ortadan qaldırmağa və hər üç islam ölkəsinin qarşılıqlı, mehriban qonşuluq şəraitində əlaqə qurmasına xidmət edir.
Züleyxa