Şəmkirdəki partlayış səsinin səbəbi açıqlandı

Şəmkirdəki partlayış səsinin səbəbi açıqlandı
 

Paralel.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırda Seyfəli poliqonunda Azərbaycan silahlı qüvvələri tərəfindən təlim keçirilir.

Eyni zamanda, poliqonda işğaldan azad edilən ərzilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar təhlükəsiz şəkildə partladılaraq məhv edilir.

Partlayış səsləri də utilizasiya prosesi ilə bağlıdır.
Akif Nəsirli

0.013118982315063