"Qoç ət" Şuşada

 

Paralel.az-ın məlumatına görə "Qoç ət" restoranlar şəbəkəsindən bildirilir ki, Şuşa şəhəri işğalçılardan azad ediləndən sonra, biz - “Qoç ət” olaraq böyük qürur hissi ilə xalqımıza xidmət etmək üçün restoran filialımızın Şuşa şəhərində açılışını etdik:

"Sosial şəbəkələrdə məlum “Azad söz” səhifəsinin bizim haqqımızda yazdıqları tamamilə həqiqətdən uzaqdır. Bütün bunlar yalan, böhtan və təxribatdır. Şuşada yerləşən restoranımızda belə bir hal baş verməyib. Şuşa filialımızı açmaqda məqsədimiz gəlir qazanmaq deyil, hərbçilərimizə, orada çalışanlara, qonaqlara xidmət etməkdir!"

Qeyd edək ki, “Qoç ət” restoran şəbəkəsi “Azad Söz” səhifəsinin yazar Aysel Əlizadəyə istinadla onun haqqında yaydığı məlumatı təkzib edib.

Xatırladaq ki, məlumatda Şuşadakı “Qoç ət” restoranında guya hərbçilərdən 700 manat hesab istənildiyi bildirilirdi.

Akif Nəsirli

0.01352596282959