Zorakılığa məruz qalan azyaşlı sığınacağa yerləşdirilib

Zorakılığa məruz qalan azyaşlı sığınacağa yerləşdirilib
 

Paralel.az xəbər verir ki, Bakıda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı qız sığınacağa təhvil verilib.

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

"Polis tərəfindən gətirilən 10 yaşlı qızımız sığınacağa yerləşdirildi. Qızımızın atası başqa qadınla evlidir və ayrı yaşayır. Anası isə narkotik istifadəçisi olduğundan, qızı evdən çıxararaq ona hardan olursa olsun pul gətirməsini tələb edib” - deyə M.Zeynalova bildirib.

Məlumata əsasən, azyaşlı dəfələrlə buna qarşı çıxmağa çalışsa da, döyülüb. Balaca qızcığaz, hətta, anası tərəfindən bıçaq xəsarətləri aldığını da qeyd edib. Sonda bezərək polisə müraciət edib.

Heç bir məktəbdə belə qeydiyyatda olmayan azyaşlının sənədləri də yoxdur.

“İlk növbədə sənədləri hazırlanacaq və təhsilini bərpa etməyə çalışacağıq".- Mehriban Zeynalova bildirib.
Akif Nəsirli

0.046252012252808