Şəhidin adı əbədiləşdirildi

Şəhidin adı əbədiləşdirildi
 

Paralel.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində şəhidin xatirəsinə bulaq inşa edilib.

27 yaşlı Ülvi Hacıyevin adına keçirilmiş açılış mərasimi onun doğum gününə təsadüf edir.

Tədbirdə Sabunçu RİH-nin başçısı, Gömrük Komitəsinin əməkdaşları, döyüş yoldaşları, oxuduğu 141 nömrəli tam orta məktəbin şagird və müəllimləri, eləcə də bir sıra qurum rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Könüllü olaraq ordu sıralarına qatılan Hacıyev Ülvi Şirin oğlu 19 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. O, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Akif Nəsirli

0.013331890106201