İlham Əliyevin Türkiyə səfəri Rusiyanı qəzələndirdi

İlham Əliyevin Türkiyə səfəri Rusiyanı qəzələndirdi
 

Ermənistanı hərbi təxribata göndərdi

Paralel.az xəbər verir ki, Azərbaycan prezidenti İ. Əliyev qardaş Türkiyədə Türk Dövlətləri Təşkilatının toplantısında iştirak etməyə gedən kimi Rusiya dərhal erməniləri Azərbaycana qarşı təxribat törətməyə sövq etdi.

Ermənistan oyuncaq ölkədir və Rusiyanın əl kuklasıdır. Rusiya nə zaman istəsə, Ermənistan dərhal həmin istəyi yerinə yetirməyə müntəzirdir. Zatən Rusiya Ermənistanı Qafqazda çirkin məqsədlərini həyata keçirmək üçün yaradıb.

Şuşada Azərbaycan əsgərlərinin mövqeyinə qumbara atan və ordumuzun Kəlbəcərdə yerləşən hərbi hissələrinin mövqelərini müxtəlif növ silahlardan atəşə tutan ermənilərin qızışdıran Rusiyadır.
Ermənistanın bu hərbi təxribatı əslində Rusiyanın Türk Dövlətləri Təşkilatının toplantısına "töhfəsi" də saymaq olar. Çünki bu təşkilatın yaranmasından ən çox narahat olan Rusiyadır.

Züleyxa

0.019209146499634