Türk dövlətləri təşkilatının yaranması düşmənlərə göz dağıdır - Turan gəlir..

Türk dövlətləri təşkilatının yaranması düşmənlərə göz dağıdır - Turan gəlir..
 

Rusiyanı idarə edən hazırkı hakim zümrə hələ də çar Rusiyası dövründən qalma nimdaş, köhnə imperiya xəstəliyindən əziyyət çəkir.

Birinci Pyoturun irəli sürdüyü sərsəm işğalçılıq ideyası ilə Türk Dünyasını parçalamaq eşqinə düşən Rusiya hazırda düşdüyü parçalanma təhlükəsindən xilas olmaq əvəzinə, yenə də həyasızcasına Ermənistanı Türkiyə və Azərbaycana qarşı hürdürür.
Dünən İstanbulda Türkiyə prezidenti R. T. Ərdoğanın liderliyilə bir yerə cəm olan 7 qardaş Türk dövlət rəhbərlərinin qəbul etdiyi möhtəşəm qərarlar Yeni Turan birliyinin təməlini qoydu! Yeni yaranan Türk Dövlətləri Təşkilatı uzun zaman Rusiyanın acımasız müdaxiləsilə parçaladığı və tək - tək istismara məruz qoyduğu dövlətləri birləşdirdi!..

Artıq Turan yarandıqdan sonra işğalçı Rusiyanın 1805-ci ildə Kürəkçay müqaviləsilə başladığı, 1813 - ci ildə Gülüstançay müqaviləsi ilə davam etdirdiyi və 1828 - ci ildə İranla imzaladığı Türkmənçay müqaviləsindən sonra Azərbaycanı işğal edərək, onun torpağında yaratdığı oyuncaq Ermənistan vasitəsilə iyrənc işğalçılıq məqsədinə nail ola bilməyəcək!..

Əksinə, Rusiya indiyədək işğal edib, özünə birləşdirdiyi geniş və böyük türk torpaqlarını tərk etməyə məcbur olacaq və həmin gün uzaq deyil!...

YAŞASIN TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI!..

YAŞASIN YARANMAQDA OLAN YENİ TURAN!..

Züleyxa

0.016477823257446